Gürcüstan Rusiya ilə əlaqələri bərpa edir? - Kobaxidze
Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərin bərpası ilə bağlı müzakirə aparmayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
"Əlaqələrin bərpası ilə bağlı heç bir danışığımız olmayıb. Bu məsələdə yeni bir şey olarsa, ictimaiyyətə özümüz məlumat verəcəyik", - Kobaxidze vurğulayıb.
