00:00:00
Yazar
Səmayə Səftərova
23.10.2026 21:31 31 1 dəq oxuma
Siyasət

Gürcüstan və Mərkəzi Asiya ölkələri Orta Dəhlizin potensialını müzakirə edib

Gürcüstan və Mərkəzi Asiya ölkələri Orta Dəhlizin potensialını müzakirə edib

Gürcüstan və Mərkəzi Asiyanın beş ölkəsinin - Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan xarici işlər nazirlərinin ilk birgə görüşü oktyabrın 23-də Batumidə keçirilib.

 “İnformator.az” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə Gürcüstan və Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin inkişafı, siyasi dialoqun gücləndirilməsi və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində Gürcüstan və Mərkəzi Asiya ölkələrinin roluna diqqət çəkiblər. Müzakirələrdə Orta Dəhlizin inkişafı və onun potensialından tam istifadə edilməsi xüsusi yer tutub.

Bundan əlavə, iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

Görüş iştirakçıları bu formatın ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

#Gürcüstan #Mərkəzi Asiya #Orta Dəhliz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər