Ürək transplantasiyası
Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir. Bu barədə "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən elmi-praktiki konfransda bildirilib. Azərbaycanda ilk uğurlu ürək transplantasiyasınn 1 illiyi münasibətilə təşkil olunan konfransda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin genişləndirilməsinin vacibliyi də qeyd olunub. Daha ətraflı AzTV Xəbərin əməkdaşı Lalə Qafarovanın reportajında…
K.A: Ötən bir ildə ölkəmizdə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra edilib. 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib. 50-dən çox şəxs isə ürək transplantasiyası üçün növbə gözləyir. Hazırda ağır transplantasiya əməliyyatlarının icbari tibbi sığorta tərkibinə salınması ən vacib tələblərindən biridir.
TİTR: YEGANƏ ABBASOVA - ORQAN DONORLUĞU VƏ TRANSPLANTASİYASI ÜZRƏ KOORDİNASİYA MƏRKƏZİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ
“Dörd ürək transplantasiyası meyitdən olmuşdu və 36 gözün buynuz qişasının transplantasiyası əməliyyatı bizim mərkəzdə sırada olan xəstələrə sıra ilə gözün buynuz qişası köçürülmüşdür. Və bunların icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olması çox gözəl olardı”.
K.A: Əlbəttə ki, orqan donorluğu bir insan üçün həyatın sonu deyil, başqa bir insan üçün yeni həyatın başlanğıcı ola bilər.
SORĞU
“Məncə, yardım göstərilməlidir. Yəni sığorta şəklində. Ya da hansısa formada dövlət tərəfindən ödənilməlidir”.
“Bu lazımdır. Çünki nəzərə almaq lazımdır ki, ölkəmizdə heç də hamı təminatlı deyil, aztəminatlı ailələr var. Onları nəzərə almaq lazımdır. Yaşlı adamlar var, yəni bu gün maddi cəhətdən tələb olunan səviyyədə təminatlı deyillər. İnsanlarımızın humanist qayğıya, köməyə, dəstəyə çox böyük ehtiyacı var”.
K.A: Orqan transplantasiyası tibbin ən mürəkkəb, lakin tələb olunan sahələrindən biridir. Transplantasiya sahəsində ölkəmizin artıq keçdiyi yol və qazandığı təcrübəsi də var.
TITR: KAMRAN MUSAYEV - AZƏRBAYCAN ÜRƏK VƏ DAMAR CƏRRAHİYYƏSİ CƏMİYYƏTİNİN FƏXRİ SƏDRİ
“Son bir ildə ciddi artış görürük. Belə ki, donor üçün müraciət edən artıq bizim Səhiyyə Nazirliyi koordinasiya mərkəzində min beş yüzdən çox Azərbaycan vətəndaşı könüllü olaraq müraciət edib donorluğa qeydiyyatdan keçiblər. Bizim Mərkəzi Klinikanın Koordinasiya Mərkəzinə təqdim etdiyi gözləmə siyahısında hal-hazırda əllidən çox xəstə ürək transplantasiyası üçün gözləyir”.
K.A: Gələcək hədəflərlər də bəllidir. Hazırda sümük iliyi donorları reyestrinin hazırlanması məsələsi gündəmdədir. "Ürək transplantasiyası həftəsi" çərçivəsində təşkil olunan konfransda da milli təcrübənin inkişafı ilə yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin genişləndirilməsinin vacibliyi qeyd olundu. Əldə olunan nəticələr transplantasiya sisteminin müxtəlif qurumlarla əlaqələndirilmiş fəaliyyətini tələb edir.
LALƏ QAFAROVA, NOVRUZ KAZIMOV, AZTV XƏBƏR