00:00:00
Yazar
Zəhra Həsənova
22.09.2026 11:12 24 1 dəq oxuma
Siyasət

Gürcüstan və Türkiyə liderləri Bakı-Tbilisi-Qars dəmir yolunu müzakirə ediblər

Gürcüstan və Türkiyə liderləri Bakı-Tbilisi-Qars dəmir yolunu müzakirə ediblər

“Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm”.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze sosial mediada yazıb.

 

“Görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini və müxtəlif sahələrdə uğurlu əməkdaşlığı vurğuladıq. Siyasi-iqtisadi münasibətlərin inkişafındakı müsbət dinamika xüsusi diqqət mərkəzində oldu.


Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Region üçün əhəmiyyətli olan və bölgənin inkişafına, eləcə də əlaqələndirmənin gücləndirilməsinə mühüm töhfə verən birgə strateji layihələr barədə danışdıq. Bu kontekstdə tam istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd etdik.

Görüşdə həmçinin nəqliyyat və energetika sahələrində əməkdaşlığı müzakirə etdik. Regionun davamlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyətini vurğuladıq”, - Baş nazir bildirib.

#baki #liderləri #gündəm #dəmir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər