00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
31.07.2026 21:39 28 1 dəq oxuma
Siyasət

Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib: Aramızda yaxşı əməkdaşlıq mövcuddur

Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib: Aramızda yaxşı əməkdaşlıq mövcuddur

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Memmedova bildirib ki,Birinci növbədə, bu görüş təbii ki, hər iki orqan, yəni prokurorluq orqanları arasında tərəfdaşlıq mübadiləsini özündə ehtiva edir:

 

“Ondan başqa, təbii ki, həm kibertəhlükəsizlik, həm də cinayət məsələləri ilə bağlı və ümumiyyətlə, hər iki ölkənin ortaq sərhədləri olduğuna görə, bu məsələlər ətrafında geniş iş prosesinin müzakirə olunması mümkündür.Təbii ki, eyni zamanda hər iki ölkənin həm siyasi, həm də iqtisadi baxımdan Qafqaz regionu ilə bağlı olması, təhlükəsizlik orqanlarının və ümumiyyətlə, prokurorluq və polis orqanlarının birgə fəaliyyətinin nəzərə alınmasını zəruri edir.


Digər tərəfdən də, bilirsiniz ki, enerji layihələri və yeni infrastruktur layihələri var. Bunlarla bağlı əməkdaşlıq və həmin layihələrin təhlükəsizliyi, eləcə də kibertəhlükəsizlik məsələlərinin müzakirə olunması da mümkündür.Yəni, Qafqaz regionunda bu iki ölkənin bugünkü gündə həm hüquq-mühafizə orqanları, həm də siyasi və iqtisadi istiqamətlər üzrə əməkdaşlıq etməsi və tərəfdaşlıq mübadiləsinin aparılması, eyni zamanda sərhədlərdən, gömrüklərdən keçən proseslər və yeni layihələr üzrə əməkdaşlığın gücləndirilməsi bu gün nəzərdə tutula bilər”.

Nurgün Qənizadə

#gürcüstanın #gündəm #yaxşı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər