00:00:00
Yazar
Admin User
31.10.2025 05:30 150 1 dəq oxuma
Sosial

Hövsanda qaz təchizatı dayandırılacaq

Hövsanda qaz təchizatı dayandırılacaq

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

"İnformator.az" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Bildirilib ki, Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqədə aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Məlumata əsasən, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər