00:00:00
Yazar
Admin User
06.07.2023 12:04 346 2 dəq oxuma
Maraqlı

Hadisələrə hər zaman pessimist yanaşan beş bürc - SİYAHI

Hadisələrə hər zaman pessimist yanaşan beş bürc - SİYAHI

Həyat hər zaman bizim istədiyimiz şəkildə davam etmir. Sevincli anlarla yanaşı, bəzən neqativ hadisələrlə üz-üzə qalırıq. Neqativ hadisələrlə qarşılaşıldığında kimisi əhvalını pozmadan gedişatı izləyir, kimisi isə özünü quyunun dibində hiss edir. Bir qrup insan da var ki onlar hər an, hər məqamda, hər situasiyada neqativ olmağı seçirlər.  İnformator.az Posta qəzetinə istinadən daima neqativ olmağı seçən bürcləri və onların özəlliklərini oxucuları üçün təqdim edir:

 

OĞLAQ BÜRCÜ

Oğlaqlar bir çox müsbət xüsusiyyətləri ilə seçilirlər. Bunlardan biri hadisələrə praktik yanaşmaları və hədsiz məsuliyyət hissi daşımalarıdır. Amma bu müsbət xüsusiyyətlərlə yanaşı, onlar əksər hallarda özlərini ən pis nəticəyə fokuslayırlar.

 

ƏQRƏB BÜRCÜ

Əqrəb bürcü insanları adətən gərgin olurlar. Buna səbəb isə hər zaman hadisələrin kökünü araşdırmalarıdır. Bu da onları pessimist olmağa sövq edir. Keçmişi o qədər köklənirlər ki, bu, onlara hadisələrə pozitiv yanaşmağa mane olur.

 

QIZ BÜRCÜ
Qız bürcləri hadisələrə həssas yanaşmaları və təfərrüatlara önəm vermələri ilə diqqət çəkirlər. Onlar ətraf insanlara qarşı çox diqqətcildirlər. Eyni zamanda onlardan da özlərinə qarşı eyni diqqəti görməyi istəyirlər. Belə olmadıqda isə pessimist mövqe sərgiləyirlər. 

 

BUĞA BÜRCÜ
Buğa bürcü incə düşüncəli və etibarlıdır. Amma inadkar olmaları bəzən onları bədbinliyə gətirib çıxarır. Bir çox hallarda dəyişikliklərdən qaçırlar və sabitlikdə özlərini daha komforlu hiss edirrlər. Buna görə də qeyri-müəyyən vəziyyətlər qarşısında pessimist olurlar. Materialist xarakterdə olmaları da onları əksər vəziyyətlərdə pessimistliyə sürükləyir. 

 

XƏRÇƏNG BÜRCÜ
Xərçənglər həssas və emosional xüsusiyyətləri ilə tanınırlar. Onların şəfqətli təbiəti müsbət xüsusiyyət olsa da, bəzən daha pessimist olmalarına da səbəb olur. Bu bürc keçmişə çox ilişib qalır, inciklikləri unuda bilmirlər. Onlar başqaları tərəfindən qəbul olunmağa çox əhəmiyyət verirlər. Daima rədd edilmə qorxusu yaşamaları onlara pozitiv olmağa imkan vermir. 

 

Qeyd edək ki, bəzi bürclər isə əksinə həyat hadisələri qarşısında pozitiv qalmağı əksər hallarda bacarırlar. Qoç, Əkizlər, Şir, Tərəzi, Oxatan, Dolça və Balıqlar digər bürclərə nisbətən daha pozitivdirlər 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər