Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bu gün Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
“İnformator.az” xəbər verir ki, Hadrut qəsəbəsinə 17 ailə - 63 nəfər köçürülür.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
