00:00:00
Yazar
Zəhra Həsənova
22.09.2026 22:46 16 2 dəq oxuma
Siyasət

Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik

Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik

Yəməndəki münaqişə və İsrailin bölgədəki sabitliyi pozan siyasəti diplomatiyanı bloklayır. Onlarla mübarizə aparmaq effektiv regional məsuliyyətdir. Bu, sıx əməkdaşlıq tələb edir. Xüsusilə, ABŞ-nin regional və qlobal sülh və sabitliyi pozan siyasətlərə son qoymaq üçün İsrail üzərindəki təsirindən daha çox istifadə etməsini gözləyirik

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Amerikanın İsrail üzərində ciddi təsir imkanları var və Yaxın Şərqdəki diplomatik proseslərə təsir baxımından bu, çox ciddi və effektiv bir alət hesab oluna bilər:

 

“Amerika istəsə, İsrailin ölkə siyasətinə müəyyən korrektələr edə bilər. Təbii ki, İsrail də öz mövqelərini əsaslandırmaqda, haqlı olduğunu sübut etməkdə israrlı ola bilir və mümkündür ki, hansısa məqamlarda da məhz bu cür edir. Amma bütün hallarda, əgər söhbət burada qlobal sülhdən, eyni zamanda, regional sülhdən gedirsə və Amerikanın məsuliyyət dairəsi ilə bağlı məqamlar burada varsa, o halda, təbii ki, Amerika İsraillə bu məqamlarda anlaşa bilər ki, regional proseslərdə hansısa vacib məqamlar bloklanmasın və regional sülhün təminatı istiqamətində addımlar atılsın”.

 

Politoloqun sözlərinə görə, bəzən anlaşılması çətin olan məqamlar da olur:

 

“Hər tərəfin öz maraqları, öz istəkləri nəzərə alınaraq yanaşsaq, əlbəttə, burada mümkündür ki, hətta baş verən bir çox hadisələr bu münasibətlərin daha da gərginləşməsinə, gərilməsinə gətirib çıxara bilər. Hər halda, bütün hallarda son vaxtlar baş verən hadisələr, xüsusilə Yəmən münaqişəsi bölgədə bir çox daşları yerindən oynadır. Burada görünən və görünməyən dövlət və qeyri-dövlət aktorlarının olduğunu ehtimal etmək olur və bu məsələlər də, əlbəttə, Türkiyə-İsrail münasibətlərinə birmənalı təsir etmir. Yəni baş verənlər, arxa planda gedən proseslər, əlbəttə, müəyyən gərginlik yaradır və görünür, elə məhz bu baxımdan da Türkiyənin xarici işlər naziri hesab edir ki, Amerika bu proseslərə müdaxilə etməlidir və yaranmış o gərginliyi aradan qaldırmalıdır”.

 

Selcan Xudiyeva

#i̇srailə #yeni #gözləyirik #etməsini #daha
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər