Hakan Fidan ABŞ-İran danışıqlarını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, eləcə də Pakistan ordusunun baş komandanı Asim Munirlə telefon danışığı aparıb. Tərəflər ABŞ və İran arasında aparılan danışıqların gedişini müzakirə ediblər. Məlumata görə, Tehran danışıqlarda əvvəlcə Hörmüz boğazı, sonra dondurulmuş aktivlərin açılması və sonda nüvə proqramının müzakirəsini təklif edir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən gərginlik, xüsusilə də İran-Amerika münaqişəsi yaxın Şərqin əsas qaynar toçkalarından biridir:
“Amerika Birləşmiş Ştatları və İsrail İranda apardığı hərbi əməliyyat dünyanın iqtisadi, siyasi sisteminə güclü şəkildə təsir edir. Daha doğrusu, dünyanın iqtisadi sistemini köklü şəkildə kökündən tərpədir, pozur.
Məsələ burasındadır ki, Birləşmiş Ştatlar beynəlxalq hüquq normalarını pozaraq suveren bir dövlətin qarşı apardığı qərəzli hərbi əməliyyat işğalçılıq siyasətidir. Təbiidir ki, İranın da özünü müdafiə etmək haqqı var və İran dövləti də özünü müdafiə etmək üçün bütün vasitələr məqbuldur prinsipini gündəmə gətirir. Regionda baş verən hadisələr region dövlətlərə də bu və ya digər formada təsir etməkdədir, xüsusilə də Türkiyə. Çünki Türkiyə regionda baş verən, Yaxın Şərqdə baş verən hadisələrə daha çox həssas yanaşır. Ümumilikdə Türkiyə regional gücdən qlobal güc statusunu almaqdadır və bu baxımdan dünyada gedən proseslərə gedən proseslərə mövqe nümayiş etdirməklə problemin həllini həyata keçirmək istəyir. Xüsusilə də qeyd etmək yerinə düşər ki, Rusiya-Ukrayna münaqişəsində ilk təşəbbüs göstərən, danışıqlara ev sahibliyi edən Türkiyə olmuşdu. Türkiyə Prezidentinin iradəsilə dünyanın aclıqdan qurtarıldı və taxıl blokadası öz həllini tapdı və saziş imzalayıb. İndi də Yaxın Şərqdə İranda baş verən hadisələr təbii ki, Türkiyə dövləti ilə yanaşı Pakistan dövləti də narahat etməkdədir. Qardaş Pakistan dövləti bu proseslərdə fəaliyyəti təqdirəlayiq hesab olunur. Ümumilikdə Yaxın Şərqdə gedən proseslərdə Türkiyənin özünəməxsus bir yanaşması var. Bu də dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunmasıdır. Türkiyə dövləti «Yurdda sülh, cahanda sülh» fəlsəfəsi ilə xarici siyasət taktikasını həyata keçirməkdədir.
Xüsusilə də qeyd edim ki, İsrail-Fələstin məsələsində Türkiyə en prinsipial mövqe nümayiş etdirəndir və İranda aparılan ilk əməliyyat, ilk günlərdə İranda aparılan əməliyyatın ilk günlərindən məsələnin dinc yolu ilə həllinə tərəfdar olubdur. Hətta İranın Xarici İşlər Naziri açıq şəkildə bildirdi ki, İran dövləti, daha doğrusu Türkiyə dövləti İranın parçalanmasının qarşısını alıb. Yəni İraqdan kürd silahlı dəstələri İrana müdaxilə etmək istəyirdi və buna da Türkiyə dövləti prinsipial mövqe nümayiş etdirib və bunun da Türkiyənin də prinsipial mövqeyi nəinki Yaxın Şərqdəki olan dövlətlər, ümumilikdə Amerika Birləşmiş Ştatları və Avropada bunu çox gözəl, Türkiyə ətrafında baş verən qarşıdurmalar, hərbi əməliyyatlara Türkiyə daha həssasdır və Yaxın Şərqdə sülhün, əmin-amanlığın bərqərar edilməsi, ədalətin bərpa edilməsində Türkiyə beynəlxalq müstəvidə öz sözünü deməkdədir.
Xüsusilə də bildiyiniz kimi Amerika-İran əməliyyatlarında, Amerikanın İranda apardığı əməliyyatların nəticəsində Hörmüz boğazının bağlanması dünyanın iqtisadi siyasətinə, iqtisadiyyatına birbaşa təsir etdi. Və bu günlərdə də bu proses davam etməkdədir. İran dövləti açıq şəkildə «Özünü müdafiə etmək üçün bütün vasitələr məqbuldur» prinsipi ilə Hörmüz boğazının bağlanmasını Amerikanın apardığı aqressiv siyasətə qarşı direnış göstərməkdən irəli gəlir”.
Politoloqun sözlərinə görə, Amerikanın hərbi əməliyyatı başlamazdan qabaq Hörmüz boğazında heç bir problem yox idi:
“Hörmüz boğazında baş verən hadisələr birbaşa Amerikanın günahı nəticəsində meydana gəlibdir. Bu gün ümumilikdə Amerika nəinki İran dövlətini, ümumilikdə Hörmüz boğazını, Fars körfəzini öz nəzarətinə keçirməklə keçirmək niyyətində idi və bununla də dünyanın iqtisadi sisteminə təsir etmək gücünə malik olacaq. Bu baxımdan Hörmüz boğazını öz nəzarətinə, Amerikanın niyyəti Hörmüz boğazını öz nəzarətinə götürməklə Amerikanın maraqlarına cavab verməyən dövlətlərin tankerlərinə həmin boğazdan keçməsinə məhdudiyyət qoyacaq. Beləliklə Amerikanın imperatorluğu öz gücünü bir daha güçləndirmiş olacaq. İranın dirənişi nəinki tək İran dövlətini, ümumilikdə dünyanın bu cürə aqressiyasından xilas edir. Çünki Amerika Hörmüz boğazını nəzarətə götürməklə dünyanın 20 faiz enerjisi bu boğazdan daşınır. Hansı dövlət ki, Amerikanın marağına uyğun davranmayacaqdısa, həmin dövlətin tankerlərinə bu və ya digər formada məhdudiyyət qoyacaq. Biz bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Trampın aqressiv siyasətini şahidiyik. Çünki Amerikanın maraqlarına uyğun olmayan dövlətlərə şantaj metodunu həyata keçirir, bəzi dövlətləri əlavə dəyərlə hədələyir, bəzi dövlətlərə sanksiya tətbiq etməklə hədələyir.
Əgər Hörmüz boğazı Amerikanın nəzarətində keçsəydi, təbiidir ki, Amerika dünyaya diktə edəcək. Dünya dövlətlərini öz təsirinə, öz maraqlarına öz maraqları çərçivəsində idarə olunmasını diktə edəcəkdi. Bu da dolayısıyla İran dövləti həm özünü müdafiə etmək, həm də dolayısıyla dünyanı bu cürə aqressiyadan xilas edib.
Ümumilikdə Türkiyənin Xarici İşlər Nazirliyinin apardığı siyasət istər Qətər rəhbərliyilə, istər Pakistanın rəsmilərilə apardığı danışıq bir daha onu göstərir ki, Türkiyə regionda sülhün bərqərar olunmasında maraqlıdır. Amma məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatlarının özünün böyük bir strategiyası var. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu strategiyanı həyata keçirməkdədir”.
Müsahibin sözlərinə görə, İrana aparılan İrana qarşı aparılan siyasət də bu strategiyanın tərkib hissəsidir:
“Fikir verirsinizsə, İranı uzun müddət sanksiyalara məruz qoydular. Müxtəlif bəhanələrlə İrana sanksiyalar məruz qoyurlar. Bəzi hallarda “İran terroru dəstəkləyir”, bəzi hallarda “İsraili hədələyir” kimi bəhanələrlə İrana sanksiyalar tətbiq olundu. İndi isə nüvənin, uranın zənginləşdirilməsini bəhanə edərək İrana hərbi əməliyyat həyata keçirirlər. Məqsəd aydındır. Məqsəd İranı öz nəzarətlərinə götürməkdir. İran dövləti də təbiidir, özünün haqlı olduğunu bəyan edir və bütün danışıqları beynəlxalq hüquq müstəvisində aparılmasında maraqlıdır və İrana qarşı tətbiq olunan sanksiyanın aradan qaldırılmasında maraqlıdır. Çünki bu İran dövlətinin haqqıdır. Sual meydana gəlir: Uranın zənginləşdirilməsi yaxşı şeydirsə, İranda niyə olmasın? Uranın zənginləşdirilməsi pis şeydirsə, niyə Amerikada və İsraildə var?
İran bu məntiqlə hərəkət edir. İran dövləti açıq şəkildə bəyan edir ki, uranın zənginləşdirilməsi dinc məqsədlər üçün həyata keçiriləcəkdir. Bu amma Birləşmiş Ştatlar siyasətində həmişə bəhanələri gətirərək, yalanı həqiqət, öz yalanlarını həqiqət kimi dünya ictimaiyyətinə çatdırmaqla mövqeyini, siyasətlərini qururlar. Biz bunu İraqda aparılan hərbi əməliyyat nəticəsində görmüşük. İraqda aparılan hərbi əməliyyatda guya Səddam Hüseynin kütləvi qırğın silahları var deyə İranda İran işğal olunub, Səddam Hüseyn qətlə yetirildi, ama nəticədə kütləvi qırğın silahları əldə edilməyib. Açıq şəkildə etiraf edildi ki, yanlış məlumat olunub. Sual meydana gəlir: Bu yanlışlığa görə Amerika rəhbərliyi niyə cəzalandırılmadı? Niyə İraqa təzminatlar ödənilmədi?
Deməli Amerika öz məqsədləri üçün yalanı dünya ictimaiyyətinə həqiqət kimi təqdim edib bəhanə gətirərək siyasət yürüdür. Bu gün İran da həmin siyasətin qurbanına çevrilib. Ümumilikdə dünya bu gün Amerikanın Amerikan imperatorluğunun təsirindədir. Amerika öz imperatorluğunu gücləndirmək üçün və bu cürə yalanları həqiqət kimi təqdim etmək istəyir.
Təbiidir ki, bu cürə siyasət region dövlətləri, xüsusilə də Türkiyə, Pakistan dövləti də bundan gözəl bu siyasəti gözəl anlayır və buna da uyğun hərəkət olunur ki, İranda aparılan hərbi əməliyyatlar dayandırılsın, regionda sülhün bərqərar edilməsi həyata keçirilsin”.
Mələk Hüseynova