00:00:00
Yazar
Güllər Gülhüseynova
31.08.2026 21:47 56 1 dəq oxuma
Siyasət

Hakan Fidan-İshaq Dar görüşü: Türkiyə-Pakistan əməkdaşlığında yeni mərhələ

Hakan Fidan-İshaq Dar görüşü: Türkiyə-Pakistan əməkdaşlığında yeni mərhələ

“Bu təmas onların beynəlxalq platformalarda fəaliyyətlərini daha sıx əlaqələndirməsinə şərait yarada bilər”.

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,Hakan Fidanla Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın İstanbul görüşü iki ölkə arasındakı münasibətlərin artıq ənənəvi dostluq çərçivəsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlığa çevrildiyini göstərir:

 

“Pakistan XİN görüşün keçirildiyini təsdiqləyib⁠. Yüksək səviyyəli təmasların intensivləşməsi müdafiə sənayesi, təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığın daha konkret layihələrlə zənginləşməsinə imkan yaradır. Xüsusilə birgə müdafiə istehsalı, texnologiya mübadiləsi və qarşılıqlı investisiyalar münasibətlərin əsas hərəkətverici istiqamətləri ola bilər”.


Züriyə Qareyevanın sözlərinə görə,Görüşün regional siyasi əhəmiyyəti də az deyil. 

 

"Ankara və İslamabad Yaxın Şərqdəki proseslər, Qəzza böhranı, Əfqanıstandakı vəziyyət və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinə yaxın mövqelər nümayiş etdirirlər. Bu təmas onların beynəlxalq platformalarda fəaliyyətlərini daha sıx əlaqələndirməsinə və regional məsələlərdə ortaq diplomatik təşəbbüslərlə çıxış etməsinə şərait yarada bilər. Nəticədə Pakistan Türkiyənin Cənubi Asiyadakı mühüm tərəfdaşı kimi mövqeyini gücləndirir, Türkiyə isə Asiya istiqamətində siyasi və iqtisadi təsir imkanlarını genişləndirir".


Nurgün Qənizadə

#yeni #mərhələ #görüşü: #gündəm #fidan-i̇shaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər