00:00:00
Yazar
Güllər Gülhüseynova
14.09.2026 19:53 29 2 dəq oxuma
Siyasət

Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır

Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır

Ərdoğanın Suriya səfəri regional təhlükəsizlik və siyasi proseslərə ciddi təsir göstərə bilər.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Tu ral İrfan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planlaşdırılan Suriya səfəri regional təhlükəsizlik, miqrasiya böhranı və geosiyasi güc balansları baxımından fundamental dəyişikliklərə səbəb ola bilər:

 

“Xarici işlər naziri Hakan Fidanın verdiyi son bəyanatlara görə, bu tarixi səfərə hazırlıq işləri artıq aktiv şəkildə davam etdirilir. Qeyd edək ki, Suriyaya səfər, hətta Ərdoğanın tarixi Əməvilər məscidində namaz qılma arzusu hələ Əsəd rejimi ayaqdaykən dilə gətirilmişdi. Türkiyə-Suriya münasibətlərində yeni dövrün başlanğıcı hesab olunan bu səfərin ehtimal edilən əsas təsirləri müxtəlif istiqamətlərdə ola bilər. Ankara Suriyanın şimalındakı terror dəhlizinin tamamilə məhv edilməsini istəyir. Səfər zamanı Dəməşqlə terror təşkilatlarına qarşı koordinasiyalı hərbi və ya kəşfiyyat əməkdaşlığının hüquqi çərçivəsi formalaşa bilər”.

 

Politoloq qeyd edib ki,Həmçinin 1998-ci ildə imzalanmış və tərəflərə terrora qarşı birgə mübarizə öhdəliyi qoyan Adana razılaşmasının yeni regional reallıqlara uyğunlaşdırılması gündəmə gələ bilər. 

 

Bu səfər əsnasında Türkiyədə yaşayan milyonlarla suriyalının ölkələrinə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün Dəməşq hakimiyyətindən təhlükəsizlik təminatı alına bilər. Qaçqınların geri dönəcəyi bölgələrdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün birgə humanitar və iqtisadi layihələrin icrası müzakirə edilə bilər. Səfər, bütün bunlarla yanaşı, ən əsası Suriyada uzun müddətdir dalana dirənmiş siyasi keçid prosesinə və yeni Konstitusiya Komissiyasının işinə güclü təkan verə bilər. 


Tural İrfanın sözlərinə görə,Türkiyə və Suriyanın birbaşa razılığa gəlməsi regional proseslərdə Rusiya və İranın moderatorluq asılılığını azalda bilər. 


Ümumiyyətlə bu səfər İsrailin Suriyanı və bütövlükdə regionu təhdid ab-havasına qərq edən İsrailə də bir mesaj olaraq öz təsirini göstərəcək və Ankara-Dəməşq arasında ciddi münasibətlərin gələcək inkişaf tempini müəyyən edəcək.


Nurgün Qənizadə

#xəbər #suriyaya #yaxın #azərbaycan #səfəri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər