Hava limanında robot polis patrul xidməti quruldu
Sinqapur Çangi hava limanında polis patrul robotlarından istifadə etməyə başlayıb. Beş ildən artıq sınaqlardan sonra tətbiq edilən robot polisin ölkənin əksər bölgələrində mərhələli şəkildə tətbiqi planlaşdırılır.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, hər birinin boyu təxminən 1,7 metr olan robotlar hadisə zamanı əraziyə digər polis qruplarını çağırıb ətrafdakıları xəbərdar edə bilir. Bundan əlavə, onların üzərindəki 360 dərəcə fırlanan kamera 2,3 metr hündürlüyə çata bilir. Beləliklə, daha ətraflı təsvirlər əldə edir.
Kameralar, sensorlar, dinamiklər, idarə paneli, flaş və sirenlə təchiz edilmiş bu robotlar avtonom patrul imkanlarına malikdir və polisə ictimaiyyətlə birbaşa əlaqə saxlamağa imkan verir.
