00:00:00
Yazar
Admin User
29.10.2025 19:22 122 2 dəq oxuma
Sosial

Heyvan bazarları müvəqqəti bağlanıb

Heyvan bazarları müvəqqəti bağlanıb

Azərbaycanda bir sıra bölgələrdə heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırılıb.


Mövzu ilə bağlı AQTA mətbuat rəhbəri Hüsniyə Hüseynova “İnformator.az”a bildirib ki, heyvan bazarlarının müvəqqəti bağlanmasının əsas səbəbi barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) son dövrlərdə yaydığı rəsmi məlumatlara əsasən, bir sıra ölkələrdə heyvanlar arasında yüksək yoluxuculuq qabiliyyətinə malik xüsusi təhlükəli xəstəliklərin geniş yayılması müşahidə olunur:

 

“Mövsümi və epizootoloji amillər region ölkələri, o cümlədən Azərbaycan Respublikası üçün də müəyyən risklər yaradır.
Bu baxımdan, respublikada epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, həmçinin zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə heyvan bazarlarının fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınmışdır. Bu tədbir xəstəliklərin potensial yayılma mənbələrinin aradan qaldırılmasına, eyni zamanda ölkə ərazisinin ekzotik xəstəliklərdən qorunmasına xidmət edir. Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri barədə
Heyvan bazarlarının ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılması qərarın əsas tələblərindən biridir. Dezinfeksiya prosesi mikroorqanizmlərin məhvinə yönəlmiş kimyəvi və mexaniki təmizləmə tədbirlərini, dezinseksiya – parazit və həşəratların məhvini, deratizasiya isə gəmiricilərə qarşı mübarizə tədbirlərini əhatə edir. Bu proseslər mütəmadi və nəzarətli şəkildə aparılmalıdır. Əlavə olaraq bazarlarda aparılacaq tədbirlərin icrası bitdikdən sonra bazarların fəaliyyətinin bərpası barədə epizootik vəziyyətə uyğun qərar qəbul ediləcəkdir. Ölkə üzrə 120-dən çox heyvan kəsim məntəqəsi fəaliyyət göstərir. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və burada baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur".

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər