00:00:00
Yazar
Cavahir Əsgərbəyli
01.05.2026 15:43 24 1 dəq oxuma
Siyasət

Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır.

 

"İnformator.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.

 

"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunub. Lakin, Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə – Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", - o bildirib.

 

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.

 

"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmayıb. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", - o vurğulayıb.

H.Hacıyev qeyd edib ki, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur.

 

"Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirib və Ermənistana sülh əlini uzadıb", - o bildirib.

 

#daxil #qonşularla #qurub #hikmət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər