00:00:00
Yazar
Admin User
24.11.2025 17:00 82 1 dəq oxuma
Sosial

Hipnozun sirri

Hipnozun sirri

Son illər hipnoz psixoloji terapiyanın məşhur üsullarından birinə çevrilib. İnsan psixikasını sakit şəkildə yönləndirməyə əsaslanan bu metod, diqqətin dərinləşməsi və şüurun daha fokuslanmış vəziyyətə keçməsi ilə işləyir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, hipnoz dərin rahatlama və fokuslanmış diqqət vəziyyətidir:

 

“İnsan tam yatmır, sadəcə beynin “kritik filtri” bir qədər zəifləyir və terapevtin verdiyi istiqamətlər daha rahat qəbul olunur. Psixoloji terapiyada isə hipnoz əsasən stressi azaltmaq, emosional blokları açmaq, travmatik xatirələrin emosional yükünü yüngülləşdirmək və davranış dəyişikliklərini dəstəkləmək üçün istifadə edilir. Hipnozda insanın şüuru tam bağlı olmur. Əksinə, o, nə baş verdiyini eşidir, hiss edir və istəsə prosesdən çıxır. Sadəcə, diqqət dərinləşir, ətraf qıcıqlar ikinci plana keçir və insan daha çox öz daxili dünyasına fokuslanır. Yəni bu, nə yatmaqdır, nə də şüurun itməsi sadəcə dəyişmiş diqqət vəziyyətidir. Hipnoz xüsusilə üç sahədə çox faydalı olur:

 

Stress və gərginlik: Bədəni və beyni eyni anda sakitləşdirdiyi üçün stressi azaltmaqda güclü təsir göstərir. Özünə güvən və motivasiya: Şüuraltında illərlə qalmış mənfi inamları dəyişdirməkdə kömək edir. Qorxular və fobiyalar: Yüksək qorxu reaksiyalarını təhlükəsiz şəkildə yenidən çərçivələyərək azaldır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər