Həkimlər niyə xəstə qəbul etmir?
“Artıq il yarımdır ki, həkimlər arasında monitorinqlər aparırıq. Bu proses zamanı xəstələrlə ünsiyyət qurmayan həkimlərin olduğu, hətta bir ay ərzində heç bir xəstəni qəbul etməyən həkimlərin mövcudluğu müəyyən edilib”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında deyib.
Mövzu ilə bağlı Professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, istənilən bir mütəxəssis əgər ona möhürlü diplom verilibsə, bu o deməkdir ki, bir sahənin mütəxəssisidir:
“Əgər həkim bu gün məzəmmət edib heç bir xəstə ilə ünsiyyəti olmayıb və. s bunun günahı həkimdə deyil. Həkim bir mütəxəssisdir. Bu iş elə təşkil olmalıdır ki, həkimlər reklam olub, müxtəlif yollarla korporativ maraqlara xidmət edəcək olmamalıdır. Bir qrup həkim isə işdən kənarda qalacaq. Bu ümumiyyətlə imkanların, resursların düzgün istifadə edilməməsidir. Əksinə icbari tibbi sığorta, elektron növbə sistemi elə qurulmalıdır ki, bütün həkimlər bərabər qaydada xəstəyə baxsınlar. Fiks olunmuş maaşları alsınlar”.
Nuray Əliyeva
