00:00:00
Yazar
Admin User
16.08.2023 13:02 448 2 dəq oxuma
Maraqlı

"HƏM UŞAQ, HƏM DƏ BÖYÜK TƏRƏFİMİZƏ QULAQ ASAQ"

"HƏM UŞAQ, HƏM DƏ BÖYÜK TƏRƏFİMİZƏ QULAQ ASAQ"

   Valideynlərin əksəriyyəti arasında yayılan bir düşüncə tərzi var: "Uşaqsan? Cizgi filminə baxacaq yaşı keçmisən, əzizim".

   Cizgi filmlərə baxmaq, izləməyi sevmək heç də problem deyil. Problem izləniləcək cizgi film uşaqlar üçün uyğun olmayan kateqoriyada olarsa, və cizgi film izləyəcək olan şəxs həmin kateqoriyaya uyğun deyilsə, başlayır.

   Hər yaş dövrünün öz gözəlliyi, yaşanmışlığı, fərqliliyi var. Əslində, fərqlilik axtaran insan öz həyatını, bütün yaş dövrlərini imkanı varsa, həmin yaş dövrünə uyğun yaşayaraq tapmış olur bir baxıma.

   Yaş artdıqca, uşaqlıqda izlədiyimiz cizgi filmlərin mənası da dəyişə bilir, bizə görə. Məsələn, uşaqlıqda “Tıq-tıq xanım”ı izləyənlər böyüdükləri, yetkinlik yaşına çatdıqları zaman bir çox fərqli məqamı anlaya bilərlər. Cizgi filmlər uşaq beyninə bir çox informasiyaları gizli şəkildə, şüuraltına yeridir. Bu gizlilik çox xoş gizlilikdir. Doğrusu, uşaqlıqda izlədiyim bir çox animasiya filmini yenidən izləyəndə duyğulanıram. Çünki fərqli baxış bucağından, fərqli düşüncə tərzi və yeni xarakterimlə izləmiş oluram.

   “Zoopolis” (Zootopia) adlı cizgi filmini atamla birlikdə izləmişdim. İkimiz də diqqətlə izləyir və film aləminə dalmışdıq. Animasiyanın bir çox yerində ağlamışdım mən, çünki, əslində, filmin nə demək istədiyini öz yaşadıqlarımla birlikdə anlamışdım. O yaşadıqlarımı xatırladıqca keçmişə səyahət etmiş, o hissləri yenidən duymuş oldum.

   Filmdən sonra atam da mənim kimi çox anlamlı olduğunu dedi və hər ikimiz öz işimizə davam etdik. Əmin olduğum bir məqam varsa, o da keçmişin acı xatirələrini xatırlatsa belə, bu filmin çox gözəl olduğu idi.

   Dünya və ölkələrin bəziləri çox dəyişib, inkişaf edib. Yeni-yeni film, cizgi filmi, animasiya və daha bir çox adını belə bilmədiyim materiallar, fərqli bölümlərə, kateqoriyada məhsullar istehsal edilir. Dediyim kimi, fərqli. Nə demişdim, insan fərqlilik axtarışındadır. Uşaqların belə bəzən böyüklərdən ağıllı düşündüyü bu dünyada cizgi film və animasiyaların sadəcə uşaqlara, kiçik yaş kateqoriyasındakı insanlara aid olduğunu düşünmək olduqca yanlış düşüncə tərzidir.

  Burada bir fərqli məqama da toxunmaq istəyirəm. Universitet müəllimim Anzulə Pərvizqızı “You Will Speak”-dəki (Sən danışacaqsan) bir seminarında insanın həm uşaq, həm də böyük tərəfi olduğunu demişdi. Uşaq tərəfimiz əylənmək istəyir, iş görməkdən uzaqdır böyük tərəfimizə nisbətən. Böyük tərəfimizin çiyinlərində isə uşaq tərəfimizə baxanda daha çox ağırlıq, tələb və məsuliyyət var. Bu tərəf işləməli olduğunun fərqindədir və vaxtını əyləncəyə xərcləmək istəmir. Uyğun zamanlarımızda cizgi filmlərə baxaraq həm uşaq tərəfimizi sevindirə, həm də ruhumuzu bir növ gəncləşdirə bilərik.

   Həddindən çox olmadıqca cizgi filmlərə baxmaq xeyirlidir. Əgər uyğun vaxtınız varsa, ailənizlə də birgə cizgi filmlərə baxa və əslində, nə qədər xeyrli olduqları haqda izlədikdən sonra danışa bilərsiniz.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər