00:00:00
Yazar
Admin User
02.02.2026 16:38 57 2 dəq oxuma
Siyasət

Honqkonq və Azərbaycan arasında vizasız rejim: turizm və əməkdaşlıq üçün yeni imkanlar

Honqkonq və Azərbaycan arasında vizasız rejim: turizm və əməkdaşlıq üçün yeni imkanlar

Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edib. 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər HKXIR vətəndaşları üç dəfə, hər səfərdə 30 günədək Azərbaycana vizasız gələ biləcəklər.Bu təşəbbüs “Bir kəmər-bir yol” proqramı çərçivəsində ikitərəfli turizm, mədəniyyət və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Hazırda dünya üzrə 175 ölkə HKXIR pasport sahiblərinə vizasız giriş və ya gəliş zamanı viza təqdim edir. Bu, həm Azərbaycanın turizm potensialının artırılması, həm də mədəni və iqtisadi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm addımdır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycan xüsusi inzibati rayon Honkonq arasında pasport sahibləri üçün viza rejimi aradan götürülüb:

“Verilən qaydaya görə, 2027-ci ilin fevralına qədər oranın vətəndaşları ildə üç dəfə olmaqla 30 günə qədər vizasız Azərbaycana gələ biləcəklər. Əlbəttə ki, bu bir kəmər, bir yol çərçivəsində müxtəlif mədəni əlaqələr Azərbaycan, Honkonq arasında mövcuddur. Bu layihə çərçivəsində də qarşılıqlı gəliş-gedişlər var və eyni zamanda bu həm təhsil sahəsində həm mədəni əlaqələrin qurulmasında, həm də işgüzar əlaqələrin qurulmasında qarşılıqlı səfərlər əvvəlki illərdə də mövcud idi. Bu cür şəraitin yaranması iqtisadi maraqlara xidmət etməklə yanaşı, eyni zamanda, turizmə də müsbət təsir göstərə bilər. Çünki istənilən halda qarşılıqlı səfərlərin həyata keçirilməsi ölkələrin insanların bir-birini daha yaxından tanıması, iqtisadi əlaqələrinin qarşılıqlı maraq səviyyəsində qurulmasına da xidmət edir. Ümumiyyətlə, ölkələr arasında səfərləri artıran əsas faktorlardan biri və birincisi təbii təhlükəsizlik məsələləridirsə, ondan sonra gələn birbaşa uçuşların olması, vizanın olmaması, vizasız rejimin tətbiq olunması, səfərlərin intensivliyinə, qarşılıqlı iqtisadi maraqların yaranmasına müsbət təsir göstərir. Bu kimi addımlar əlbəttə ki, növbəti il üçün səfərlərin sayına da öz müsbət təsirini göstərəcək”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər