00:00:00
Yazar
Aysel Mirzəyeva
17.04.2026 22:07 128 2 dəq oxuma
Siyasət

“Hörmüz boğazı ilə bağlı narahatlıq çoxdur” -  ŞƏRH

“Hörmüz boğazı ilə bağlı narahatlıq çoxdur” - ŞƏRH

Almaniya Hörmüz boğazında mümkün təhlükəsizlik missiyasında iştirak etməyə hazırlaşır. Berlin bu missiyada minatəmizləmə və dəniz kəşfiyyatı sahəsindəki imkanlarından yararlanmağı planlaşdırır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranla bağlı vəziyyət gərgin olaraq qalmaqdadır:

 

“Mövcud danışıqların nəticələri hələ ki, problemi tam həll etməyə imkan vermir. Hörmüz boğazı ilə bağlı isə narahatlıq daha da çoxdur. Çünki dünya iqtisadiyyatına təsirləri çox ölkələri narahat edir. Almaniyanın boğazda mina təmizləmə işləri aparması görünür ki, ABŞ və İranın razılığı ilə baş tuta bilər. Əks halda münaqişə daha da gərginləşə bilər. Çünki hazırda ABŞ və İran Hörmüz boğazı üzərində nəzarəti bölüşmək uğrunda çarpışırlar. Lakin beynəlxalq razılıq əldə olunarsa, yaxud danışıqlardan nəticə hasil olarsa, Almaniya ilə bərabər digər ölkələr də bu missiyaya qoşula bilər. Bu missiya eyni zamanda sülhməramlı funksiya gətirib çıxara bilər. Regionda balansın İran əleyhinə dəyişməsinə vəsilə olacaq şəkildə icra edilən işlər vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Hər halda Almaniyanın bu məsələdə iştirakı İranın münasibətindən sonra tam məlum olacaq. Əgər missiya ABŞ-nin maraqlarına dəstək ifadə edərsə, bu halda sözü gedən ölkələr də İranın hədəfinə gəlmiş olacaq. Mümkündür ki, ABŞ daha çox ölkəni ümumi proseslərə cəlb etmək üçün səy göstərir. Almaniya da hələ ki, dəniz kəşfiyyatı və mina təmizləmə adı altında regiona daxil olur. Müstəqil və tərəfsiz fəaliyyət olarsa, beynəlxalq təşkilatların təzyiqi ilə Almaniya və digər ölkələr Hörmüz boğazında fəaliyyətin bərpa olunması üçün müvafiq addımlar ata bilər”.

 

Aytac İbrahimova

#gündəm #“hörmüz #baki #bağlı #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər