00:00:00
Yazar
Zəhra Həsənova
11.08.2026 19:38 18 2 dəq oxuma
Siyasət

"Hörmüz boğazı İranın əlində təsirli vasitədir, razılaşma olmadan açılmayacaq" - Açıqlama

"Hörmüz boğazı İranın əlində təsirli vasitədir, razılaşma olmadan açılmayacaq" - Açıqlama

Son aylarda Hörmüz boğazda dəniz nəqliyyatının hərəkətinin məhdudlaşması dünya gündəminin əsas mövzularından birini təşkil edir. Boğazda hərəkətin kəskin məhdudlaşması dəniz ticarətinə ağır zərbə vurub. Qlobal yanacaq bazarlarında qiymətlər kəskin yüksəlib. Son gələn məlumatlarsa vəziyyətin dəyişə biləcəyi ehtimalını yaradıb. Belə ki, Yaxın Şərqdə enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı yeni diplomatik təşəbbüs gündəmə gəlib.
 

Mövzu ilə bağlı "İnformator.az "a açıqamasında siyasi şərhçi Əli Orucov bildirib ki, İran-ABŞ müharibəsinin başlanma səbəbi kimi İranın nüvə proqramı, eyni zamanda raket texnologiyasının inkişaf etdirilməsi, həmçinin proksi qüvvələrin maliyyələşdirilməsi ilə bağlı məsələlər göstərilsə də, müharibədən sonra müzakirə predmetinə daha digər məsələlər, yeni bir müzakirə predmeti ortaya çıxdı:

 

"Bu da Hörmüz boğazının açılması, Hörmüz boğazı ilə münasibətdə tərəflərin razılaşmaları ilə bağlı oldu. Müharibə dönəmində İran əlində olan ən təsirli vasitə olan Hörmüzü bağladı və bununla da demək olar ki, dünya iqtisadiyyatında ciddi silkələnməyə nail ola bildi. Son dönəmdə İran Hörmüz boğazı ilə bağlı ortaq məxrəcə gəldiklərini bəyan etdi. Ancaq sonradan məlum oldu ki, İranın tələbləri tamam fərqlidir. İranın rəsmi dairələri tələb edirlər ki, Hörmüz boğazı o halda açıla bilər ki, İran ətrafında cəmləşmiş Birləşmiş Ştatların silahlı qüvvələri kənarlaşsın, İranın ətrafında yaranmış blokada ləğv edilsin, sanksiyalar aradan götürülsün, dondurulmuş aktivlər geri qaytarılsın, açılsın, eyni zamanda müharibə zamanı İrana vurulmuş zərər ödənilsin. Yəni bu deməkdir ki, faktiki olaraq Hörmüz boğazı ilə bağlı hər hansı bir razılaşma yoxdur. İran Hörmüz kimi bir təsirli aləti əlindən vermiş olsun və bunun əvəzində heç nə almamış olsun. Ona görə də mən hesab edirəm ki, müharibənin gedişi nə qədər davam edəcəksə, yəni Birləşmiş Ştatlarla İran arasında hər hansı bir razılaşma əldə olunmayacaqsa, Hörmüz boğazının məsələsi də öz həllini tapmayacaq. Çünki bu, İranın əlində bir təsirli vasitədir, bir təsirli silahdır. Bunun müqabilində heç bir razılaşma, heç bir sövdələşmə olmadan əldən verə bilməz".


Siyasi şərhçi bildirib ki, İranın burada daha geniş məqsədləri var:

 

"Burada həm siyasi məsələlərlə bağlı, həm də eyni zamanda maliyyə gəlirləri, əlavə vəsaitlərin doldurulması ilə bağlı planları var.Çünki İran hesab edir ki, bura hər hansı bir gəmi daxil olarsa, hər hansı bir keçiddən istifadə olunarsa, o zaman üçün ödəməlidir və bu da, təbii ki, İranın ciddi maraqlarına uyğunlaşdırılmış şəkildə həyata keçirilməlidir. Ancaq bununla belə, beynəlxalq normalara görə də Hörmüz boğazı bütün gəmilər üçün açıq olmalıdır, açıqdır və İranın da buradan hər hansı bir tələbi, hər hansı bir maliyyə istəməsi beynəlxalq normalara da tamamilə ziddir. Ona görə də, bu kimi məsələlər, bu kimi ciddiyyətlər hələ də qalmaqdadır".


Mehriban Yariyeva

#"hörmüz #açıqlama #gündəm #vasitədir # #boğazı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər