00:00:00
Yazar
Zəhra Həsənova
08.09.2026 17:17 144 2 dəq oxuma
Siyasət

"Hörmüz boğazı İranın Qərbə və regional rəqiblərinə qarşı ən böyük strateji rıçağıdır" - ŞƏRH

"Hörmüz boğazı İranın Qərbə və regional rəqiblərinə qarşı ən böyük strateji rıçağıdır" - ŞƏRH

Hörmüz boğazındakı gərginliyin aradan qaldırılması neft bazarına və Yaxın Şərqdəki siyasi vəziyyətə ciddi təsir göstərə bilər.

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Hörmüz boğazındakı böhranın həll olunması Yaxın Şərqdəki ümumi siyasi və hərbi-strateji vəziyyəti kökündən dəyişdirə və regiona nisbi sabitlik gətirə bilər:

 

 

“Dünyanın ən mühüm neft keçidi olan Hörmüz boğazındakı gərginliyin aradan qaldırılması regional güclər arasındakı balanslara birbaşa təsir etmək gücünə malikdir. Hörmüz boğazı İranın Qərbə və regional rəqiblərinə qarşı ən böyük strateji rıçaqıdır. Burada problemin diplomatik yolla həlli İran ilə Körfəz ölkələri arasında etimad mühitini bərpa edə bilər. Lakin diplomatik həll yolu da dalana dirənib”.

 

 

Politoloq qeyd edib ki, ABŞ-İran münasibətləri getdikcə gərgin xarakter alır və müharibəni qaçınılmaz edir:

 

"Boğazda təhlükəsizliyin təmin edilməsi ABŞ-nin regiondakı hərbi varlığını və dəniz patrullarını azaltmasına rəvac verə bilər ki, bu da Vaşinqton-Tehran xəttindəki gərginliyi yumşaldar. Lakin buna ehtimal azdır. Hörmüz və onunla bağlantılı olan Qırmızı dəniz, Bab-əl məndəb boğazındakı gərginlik bir-biri ilə birbaşa əlaqəlidir. Hörmüzdə siyasi razılaşma əldə olunarsa, İranın Yəməndəki Husilərə və digər regional proksi qruplara dəstəyi azala bilər ki, bu da regiondakı daxili münaqişələrin nizamlanmasına vəsilə ola bilər. Yəmən, Suriya, Livanda davam edən gərginliyin səngiməsinə kömək edəcək bir sıra məsələlər var ki, həyata keçirilməsinə zəmin lazımdır. Enerji təhlükəsizliyi təmin olunduqdan sonra region ölkələri diqqəti hərbi rəqabətdən iqtisadi layihələrə yönəldə bilərlər ki, bu da Türkiyənin də dəstəklədiyi İraq vasitəsilə həyata keçirilən "İnkişaf yolu" layihəsi kimi regional nəqliyyat dəhlizlərinin təhlükəsizliyini və effektivliyini artıra bilər".

 

Tural İrfanın sözlərinə görə, Ərdoğanın bu bəyanatı Türkiyənin regionda vasitəçi və nizamlayıcı rolunu qabardaraq diqqət çəkir:

 

"Boğazdakı düyünün açılması Türkiyənin həm Körfəz ölkələri, həm də İranla iqtisadi və siyasi əlaqələrini daha sabit müstəviyə daşıya bilər. Nəticədə, Hörmüz boğazındakı problemin həlli təkcə neft qiymətlərini aşağı salmayacaq, həm də Yaxın Şərqdə illərdir davam edən "soyuq müharibə" mühitini daha çox dialoq və iqtisadi tərəfdaşlıq mərhələsinə keçirə bilər".

 

Nurgün Qənizadə

#strateji #"hörmüz #yeni #böyük
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər