00:00:00
Yazar
Vüqar Alışov
06.04.2026 18:09 24 2 dəq oxuma
Siyasət

"Hörmüz boğazındakı kritik vəziyyət Azərbaycan bazarlarına da təsir edə bilər"- VÜQAR BAYRAMOV

"Hörmüz boğazındakı kritik vəziyyət Azərbaycan bazarlarına da təsir edə bilər"- VÜQAR BAYRAMOV

Hörmüz boğazı beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyır və dünyada neft və qaz nəqliyyatında əsas tranzit marşrutu hesab olunur. Son məlumatlara görə, boğazdan üç minə qədər gəmi keçə bilmir. “Al Jazeera”nin yaydığı xəbərə görə, “Lloyd's List”in məlumatlarında bildirilir ki, martın 1-dən bəri Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb. Bu vəziyyət regional və qlobal ticarət üçün ciddi çağırışlar yaradır, çünki boğaz dünya enerji təhlükəsizliyində mühüm rol oynayır.

 

Mövzu ilə bağlı İnformator.aza danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Hörmüz boğazının bağlanması həm dünya iqtisadiyyatına, həm də istehlakçı ölkələrdə enerji təminatına ciddi təsir göstərir:

 

“Hörmüz boğazı vasitəsilə müharibəyə qədər enerji məhsullarının təxminən 20%-i daşınırdı. Bu isə neft təchizatında   ciddi çətinliklər yaradır. Nəticədə, enerji məhsulları və neftin qiymətində kəskin artımlar müşahidə olunur. Eyni zamanda, bu proses digər məhsulların daşınmasında da çətinliklər deməkdir ki, bu da birbaşa dünya bazarına təsir göstərir".

 

Deputat qeyd edib ki, neftin qiymətinin artması Azərbaycan üçün valyuta gəlirlərinin artımı baxımından müsbət təsirə malikdir, lakin ölkə üçün əsas prioritet dünya bazarında stabil qiymətlərin qorunmasıdır:

 

“Qiymətlərin stabilliyi Azərbaycanın maraqlarına uyğundur. Enerjinin qiymətinin artımı isə digər məhsulların qiymətinə də təsir göstərir. Bu səbəbdən təklifimiz odur ki, dünya bazarında müşahidə olunan qiymət artımlarının Azərbaycan bazarına təsirlərini minimallaşdırmaq üçün, xüsusən bəzi ərzaq məhsullarının idxal vergilərində müddətli azadlıqlar tətbiq olunsun. Bu, istehlak bazarında təsirləri minimuma endirə bilər".

 

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin artımı müsbət təsirlərə malik olsa da, əsas məqsəd dünya bazarındakı qiymət dalğalanmalarının ölkə istehlakçılarına təsirini minimuma endirməkdir:

 

“Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və tətbiq olunan güzəştlər ölkə istehlak bazarının stabilliyini təmin etməyə xidmət edir".

 

Mehriban Yariyeva

#HÖRMÜZ #NEFT #AZƏRBAYCAN #QİYMƏR ARTIMI
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər