00:00:00
Yazar
Güllər Gülhüseynova
18.08.2026 21:01 66 2 dəq oxuma
Siyasət

Hörmüz boğazını mümkün qədər tez açmaq lazımdır- Ərdoğan

Hörmüz boğazını mümkün qədər tez açmaq lazımdır- Ərdoğan

“Hörmüz boğazını mümkün qədər tez açmaq lazımdır”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Hörmüz boğazının tez bir zamanda açılmasını istəməsi tamamilə başadüşüləndir:

 

“Hörmüz boğazı iki mühüm səbəbdən Türkiyəni narahat edə biləcək problemdir. Birincisi, Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın əsas ağırlıq mərkəzi artıq Hörmüz boğazına keçib. Əsas qarşıdurmalar, toqquşmalar, mübahisələr və ziddiyyətlər məhz hazırda Hörmüz boğazı ətrafında baş verir. Bu da təbii ki, Yaxın Şərq böhranının nizamlanması qarşısında olduqca ciddi əngəl rolunu oynayır. Təbii ki, Türkiyə də Yaxın Şərq böhranının tez bir zamanda nizamlanmasını istəyir. Bu baxımdan Prezident Ərdoğanın Yaxın Şərq regionunda vəziyyətin nizamlanmasına əngəl törədən Hörmüz boğazı ətrafındakı problemin qısa müddətdə həllini tələb etməsi başadüşüləndir. Digər tərəfdən, Hörmüz boğazı ətrafında yaranmış situasiya qlobal məkanda iqtisadi-ticari proseslərə sarsıdıcı zərbələr vurur. Xüsusilə də dünyanın enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olur. Bu proses sonrakı mərhələdə bütün digər sahələr üzrə bir tərəfdən bahalaşma, digər tərəfdən isə böhran təhlükəsini maksimum həddə qədər artırır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Prezident Ərdoğan analoji situasiya ilə üzləşməyi qətiyyən istəmir:

 

“Dünya bazarlarında enerji resurslarının qiymətlərinin bahalaşması, eyni zamanda qlobal iqtisadi böhranın dərinləşməsi öz növbəsində Türkiyəyə də zərbə vurur və ölkə üçün problemlər yaradır. Təbii ki, bu iki səbəbdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazı ətrafındakı situasiyanın tez bir zamanda həllini və bu boğazın sərbəst gəmiçilik, yəni iqtisadi-ticari fəaliyyət üçün açılmasını istəyir”.

 

 

Güllər Gülhüseynova

#yeni #qədər #açmaq #tez
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər