00:00:00
Yazar
Nərmin Həşimova
10.07.2026 20:45 24 2 dəq oxuma
Siyasət

“Hörmüzdə böhran qlobal enerji təhlükəsizliyini təhdid edir”- ŞƏRH

“Hörmüzdə böhran qlobal enerji təhlükəsizliyini təhdid edir”- ŞƏRH

ABŞ-nin İrana yenidən aviazərbələr endirməsi və Tehranın Fars körfəzində cavab tədbirləri görməsi fonunda Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar tam dayanıb.


Mövzu ilə bağlı “İnformator.az”a  açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Hörmüz boğazında neft tankerlərinin hərəkətinin demək olar ki, dayanması göstərir ki, bölgədə hərbi qarşıdurma artıq qlobal enerji təhlükəsizliyinə də birbaşa təsir edir:


“Hörmüz dünya neft ticarətinin ən strateji marşrutlarından biridir. Burada yaranan hər hansı təhlükəsizlik böhranı neft qiymətlərinin artmasına, sığorta xərclərinin yüksəlməsinə və alternativ marşrutların aktuallaşmasına səbəb olur. Son məlumatlar da göstərir ki, bir çox gəmi sahibi təhlükəsizlik riskinə görə keçidləri dayandırıb və bölgədə tanker hərəkəti kəskin azalıb. Bu vəziyyət ABŞ-nin körfəzdə hərbi mövcudluğunu gücləndirə, İranın isə boğaz üzərində təsir imkanlarını daha aqressiv şəkildə nümayiş etdirməsinə gətirib çıxara bilər. Bu hadisələr Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma riskini də əhəmiyyətli dərəcədə artırır. Çünki Hörmüzdə təhlükəsizliyin pozulması təkcə ABŞ və İranı deyil, Körfəz ərəb ölkələrini, eləcə də enerji idxalından asılı olan Avropa və Asiya dövlətlərini də prosesə cəlb edir. Hazırkı mərhələdə tərəflərin bir-birinə cavab zərbələri endirməsi nəzarətdən çıxacaq eskalasiya ehtimalını yüksəldir. Bununla belə, genişmiqyaslı regional müharibənin baş verməsi hələ qaçılmaz deyil. Çünki belə bir ssenari həm İran, həm ABŞ, həm də Körfəz ölkələri üçün çox ağır siyasi və iqtisadi nəticələr vəd edir. Buna görə də hərbi təzyiqlərlə yanaşı, paralel diplomatik kanalların açıq saxlanılması yaxın dövrdə əsas müəyyənedici amil olacaq”.


Nurgün Qənizadə

#gündəm #şərh #təhlükəsizliyini #təhdid #“hörmüzdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər