00:00:00
Yazar
Admin User
23.12.2025 18:04 88 1 dəq oxuma
Sosial

Hərb aləmində yenilik

Hərb aləmində yenilik

ABŞ-də hərbi əməliyyatlarda istifadə üçün hazırlanmış robotlarla bağlı istehsal planı ictimaiyyətə təqdim olunub. ABŞ-də bir şirkət 2027-ci ilin sonuna qədər 50.000 silahlı insanabənzər robot istehsal etməyi planlaşdırır.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, əsgərlər laboratoriya mühitində stabil nəticə göstərə bilər:


“Real döyüş şəraitində isə sensor xətaları, rabitə kəsintisi, kiber müdaxilə kimi risklər çoxdur. Bu səbəbdən texnologiya hələlik tam etibarlı sayılmır. ABŞ ordusu da bunu anlayır və hazırda insan nəzarəti əsas təhlükəsizlik mexanizmi kimi saxlanılır. Bu kimi xəbərlərin başqa ölkələrə güc göstərişi məqsədli olduğunu düşünürəm.
ABŞ-nin bu addımı qlobal silahlanma yarışını sürətləndirə bilər. Bu addım qlobal miqyasda ciddi təsir yarada bilər. Tarix göstərir ki, hərbi texnologiyada belə sıçrayışlar digər gücləri də oxşar addımlar atmağa məcbur edir. Nəticədə klassik silahlanma yarışı tədricən alqoritmlər, süni intellekt sistemləri üzərindən aparılan yarışa çevrilə bilər. Robot əsgərlər gələcəkdə insan əsgərləri tam əvəz edə biləcəyinin qısa müddətdə mümkün olmadığını düşünürəm. Robotlar riskli zonalarda tapşırıqları icra edə bilər. Strateji qərarvermə, etik məsuliyyət, konteksti anlama kimi sahələrdə isə insan hələ də əsas rol oynayır. Gələcəyin orduları tam avtomatlaşmış deyil, insan və texnologiyanın birlikdə işlədiyi hibrid modellər olacağını düşünürəm”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər