00:00:00
Yazar
Admin User
06.11.2025 08:24 144 1 dəq oxuma
Sosial

Hərbçilərin zəfər yürüşü keçirilib

Hərbçilərin zəfər yürüşü keçirilib

Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər