00:00:00
Yazar
Admin User
21.01.2026 17:15 85 2 dəq oxuma
Sosial

Hərbi xidmətdən möhlət alan şəxslərin ölkədən çıxışına hansı hallarda məhdudiyyət qoyula bilər?

Hərbi xidmətdən möhlət alan şəxslərin ölkədən çıxışına hansı hallarda məhdudiyyət qoyula bilər?

Hərbi xidmətdən möhlət hüququ qazanan vətəndaşların bəzi hallarda ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər. Məsələ əsasən səfərbərlik dövrləri, çağırışla bağlı dəqiqləşdirmə prosesləri və müvafiq dövlət qurumlarının qərarları ilə əlaqələndirilir.

 

Mövzu ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, öncə möhlətin verilmə səbəbi dəqiqləşdirilməlidir:

 

“Bu, xəstəlik, təhsil və ya ailə vəziyyəti ilə bağlı ola bilər. Bəzi hallarda möhlət alan şəxslər barədə hüquqi araşdırmalar aparıla bilər. Ola bilər ki, şəxs möhlət alıb, amma hüquq-mühafizə orqanlarında və ya prokurorluqda onunla bağlı hansısa araşdırma aparılır. Cinayət məsuliyyətinə cəlb olunma halı varsa və istintaq gedirsə, bu zaman müvafiq qurumlar çağırış komissiyasına müraciət edir və həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulur. Möhlət xəstəlik səbəbilə verilibsə, həmin şəxsin xaricə getməsi üçün heç bir maneə olmamalıdır. Lakin bəzən elə hallar olur ki, komissiyaya bir neçə gün qalmış yenidən çağırış edilir. Bu isə qanunsuzdur”.

 

Ekspert vurğulayıb ki, möhlət hüququ olan və cinayət məsuliyyəti daşımayan şəxslərin ölkədən çıxışı sərbəst olmalıdır:

 

“Möhlət müddəti bitənədək şəxs sərbəst vətəndaş kimi hərəkət edə bilər. Möhlətin bitməsinə az qalan bir vaxtda çağırışla bağlı müraciət oluna bilər, lakin bu da yalnız qanun çərçivəsində mümkündür. Möhlət müddətində həmin şəxs istədiyi kimi hərəkət edə bilər”.

 

Beləliklə, hərbi xidmətdən möhlət alan şəxslərin ölkədən çıxış imkanları fərdi hallara görə dəyişir və əsas meyar möhlətin səbəbi ilə yanaşı, şəxsin üzərində hər hansı hüquqi məsuliyyətin olub-olmamasıdır.

 

Fatimə Hüseynli

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər