00:00:00
Yazar
Zəhra Həsənova
08.10.2026 21:20 24 2 dəq oxuma
Siyasət

Husilərin Səudiyyə Ərəbistanındakı hava limanlarına hücumu - ŞƏRH

Husilərin Səudiyyə Ərəbistanındakı hava limanlarına hücumu - ŞƏRH

Husilərin Səudiyyə Ərəbistanındakı iki hava limanına hücumları nəticəsində 3 nəfər həyatını itirib, 36 nəfər yaralanıb. Hücumlar Yəməndə artan qarşıdurmalar fonunda baş verib.

 

Mövzu ilə bağlı “İnformator.az”a  açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, Husilərin Səudiyyə Ərəbistanının hava limanını hədəf alması regionda artan gərginliyin göstəricisidir. Hücum Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı əməliyyatlarda iştirakı ilə əlaqələndirilir.

 

“Husilərin Səudiyyə Ərəbistanının hava limanına hədəf alması olduqca təhlükəli vəziyyətin mövcudluğuna bir daha dəlalət edir. Regionda gərginlik getdikcə daha da artmaqdadır. Əsas səbəb bəndən ibarətdir ki, Yəməndə husilərin mövqelərinin, hərbi bazalarına hücumların təşkil olunmasında Səudiyyə Ərəbistanı yaxından iştirak edir. Və buna cavab olaraq da husilər Səudiyyə Ərəbistanın hava limanını hədəf seçiblər”.

 

Ekspert qeyd edir ki, burada başqa məqsəd də mövcuddur. O istiqamətdə istər sərnişin, istərsə də yük daşımalarının, logistikasının təhlükəli olması siqnalını husilər verir. Eyni zamanda onlar çağırış da edib və bildiriblər ki, Səudiyyə Ərəbistanının hava məkanı hərbi qarşıdurmaların baş verdiyi bir məkandır. O istiqamətdə hərəkətlərdən çəkinsinlər. Bu regionda logistikaya çox mənfi təsir göstərir. Eyni zamanda Səudiyyə Ərəbistanına da ciddi iqtisadi itkilər verəcəkdir. Çünki o istiqamətdə hərəkətlərdə məhdudiyyətlər yaranmaqdadır və yaranacaqdır. Bu baxımdan tərəflər arasında, eskalasiya müşahidə olunmaqdadır. Yəməndə də husilərlə digər ölkələr arasında, xüsusilə də Səudiyyə Ərəbistanı hərbi qüvvələri arasında ciddi hücum mübadilələri baş verməkdədir. Hələlik tərəflər arasında ortaq məxrəcin tapılması imkanları çox zəif görünür. 
 

Elşad Mirbəşiroğlunun sözlərinə görə, bu vəziyyət belə davam edərsə və hava limanları da hədəf kimi seçilərsə, bu mülki əhalinin həyatı üçün də çox böyük təhdidlər yaradacaqdır. Regionda çox ciddi logistik böhran yarana bilər. Onsuz da regionun yüksək münaqişəli vəziyyəti logistika sahəsində ciddi problemləri yaradıbdır. Husilərlə Səudiyyə Ərəbistanı arasında və ümumiyyətlə Yəməndə husilər, husilərin aktivləşməsi regiondakı gərgin vəziyyəti daha da gərginləşdirəcək.


Arzum Ağazadə

#xəbər #yeni #azərbaycan #baki #hava
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər