00:00:00
Yazar
Admin User
26.07.2023 17:31 589 2 dəq oxuma
Maraqlı

"Həyat davam edir" - Fərahim Rzazadə yazır...

"Həyat davam edir" - Fərahim Rzazadə yazır...

Kənardan baxdıqda bir çoxları yayımlanan serialın sadəcə hazırkı mərhələsini görə bilirlər. Lakin işin içində olan aktyorlar, rejissor, ssenari müəllifi və digərləri prosesin nə qədər çətin, yorucu olduğunu, bəzən bir səhnənin dəfələrlə yenidən çəkildiyinin şahidi olurlar. Digər tərəfdən də, çəkilən bütün zəhmətlərə dəyir.

 

 

Əslində, həyat bir film və ya uzun roman kimidir. Baş qəhrəmanı sən oynayırsan və hadisələr sənin ətrafında cərəyan edir. Xoş anlarla yanaşı, “oynamaqdan bezdirən”, həyata küsdürən səhnələr də olur. Bir müddətdən sonra isə bu neqativ səhnələrin çoxluğu baş qəhrəmanı yorur.

 

 

Məsələn sevdiyiniz bir insan artıq yanınızda yoxdur, üstəlik geri dönməsi də mümkünsüzdür. Üzüləcək, günlərlə ağlayacaq baş qəhrəman. Daha sonra yeni insanlar daxil olacaq, digər bir adıyla “yeni personajlar”. Fəqət gedənin hüznü hələ də davam edir.

 

 

Tam da bu sırada yeni daxil olan personajlar ssenaristin(Tanrının) hədiyyəsidir. Bir personajın çıxması ilə həyat və ya serial bitmədi. Əksinə, onlarla daha da qiymətləndi, dəyər qazandı. Hər kəs yeni qəhrəmanları sevdi.

 

 

Məhz buna görə həyat davam edir. Nə zaman bitəcəyi qeyri - məchul olan bu həyatda niyə də hər şey üçün kədərlənəsən ki?

 

 

Unutma, romanın bir səhifəsində hadisələrin mənfi olması, bütün romanın mənfi olduğu anlamına gəlmir. Sadəcə səhifəni çevir və xoş hadisələrin şahidi ol.

 

Həyat da belədir. Hər qaranlıq gecənin bir gündüzü olduğu kimi, hər pis başlayan və ya davam edən hekayənin də aydınlı sabahları var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər