İctimai yazılarda xarici dil problemi
“İnformator.az” xəbər verir ki, mövzu ilə bağlı Nərgiz Cəlilova qeyd edib ki, jurnalist və media mənsubları üçün isti-isti xəbərlər çox vacibdir:
“Bəlkə də, indiyə qədər olub. Amma mən dünən görmüşəm və ona olan reaksiyamı sizinlə paylaşmaq istəyirəm. Şagirdləri daşıyan bir avtobusdur və üstündə “school bus” yazılıb. Belə anladım ki, bu ingilis dili təmayüllü məktəbin avtobusudur. Alimlərdən də soruşmaq istəyirəm. Avtobusun üzərinə “school bus” yazmaq nə qədər doğrudur? Bəlkə sabah fransız təmayüllü məktəbin avtobusu olacaq. Onun üzərin fransız dilində də yazılacaq? Türkiyədə “okul taşıma” yazırlar. Biz bu qədər mübarizə aparırıq. Prezidentimiz daim buna öz fikrini bildirir, müzakirələr keçirilir. Amma çox təəssüflər olsun ki, hələ də bəzi lövhələr ingilis dilində yazılır. Söhbət Azərbaycan dilinin saflığından gedir. Artıq neçə illərdir ki, biz Azərbaycan Teleradio Akademiyasında təlimlər keçmişik. Akademiyanın işini nə dərəcədə dəyərləndirirlər? Mən istərdim ki, dəyərləndirilsin”.
