00:00:00
Yazar
Aysel Mirzəyeva
16.04.2026 19:45 26 2 dəq oxuma
Siyasət

İki tərəfli münasibətlərin inkişafının növbəti mərhələsi

İki tərəfli münasibətlərin inkişafının növbəti mərhələsi

Bu barədə Oana-Silvia Toiu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığının yekunları üzrə “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, tərəflər strateji tərəfdaşlığın möhkəmliyini təsdiqləyib və bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Rumıniyadır:

 

“Rumıniya ilə bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir və biz Rumıniya ilə çox müxtəlif istiqamətlərdə əməkdaşlıq edirik. O cümlədən bir neçə il öncə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi ilə bağlı memorandum imzalayıblar və bu layihə həyata keçməkdədir. Rumıniya həm özünün yerləşdiyi coğrafi strateji mövqeyinə, həm enerji resurslarına, həm Avropa coğrafiyasında oynadığı roluna görə önəmli bir ölkədir. Keçmiş Varşava müqaviləsi ölkələri arasında öz inkişaf tempi və əldə etdiyi uğurlar sayəsində Rumıniya ciddi inkişaf yolu keçib. Və Azərbaycanla da, bir daha qeyd etmək istəyirəm ki, Rumıniya münasibətləri kifayət qədər yüksək səviyyəlidir. Həm Azərbaycan Prezidentinin, həm Rumıniya prezidentlərinin və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib ki, bu da ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisi hesab edilə bilər. Və biz çox müxtəlif istiqamətlərdə əməkdaşlıq etməkdəyik”.

 

Həmçinin politoloq qeyd edib ki, onlardan xüsusilə enerji, ticarət, logistika və digər istiqamətləri xüsusi vurğulamaq lazımdır:

 

“Bu il keçiriləcək hökumətlərarası komissiyanın iclası ənənəvi xarakterli bir toplantıdır. Adətən strateji tərəfdaşların bu cür toplantıları vaxtaşırı keçirilir və bu toplantının keçirilməsi ikitərəfli münasibətlərin inkişafının növbəti mərhələsi hesab oluna bilər. Hazırda dünyada qlobal gərginlik var. Ukrayna-Rusiya müharibəsi, İran-Amerika Birləşmiş Ştatları qarşıdurması dünya siyasətinə, iqtisadiyyatına, enerji bazarına bütün istiqamətlərdə mənfi təsir etməkdədir. Və bu baxımdan Rumıniyanın da bu proseslərdə iştirakı, Azərbaycanın mövqeyi bir-birinə kifayət qədər yaxındır və Azərbaycan həm də həm Avropa, həm də Rumıniya üçün sabit bir coğrafi məkan, müasir kommunikasiya sistemləri ilə Orta Dəhlizin əsas parçası olması ilə çox vacibdir. Xüsusilə də son əldə edilən razılaşmaya əsasən, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Rumıniyaya, Macarıstan üzərindən Avropaya nəqli məsələsi üzrə layihənin həyata keçirilməsi istiqamətində addımlar atılmaqdadır. Yəni keçiriləcək bu hökumətlərarası komissiyanın iclası münasibətlərimizin daha da inkişaf etdirilməsinə töhfə verəcək”.


Günel Əlili

#gündəm #baki #yeni #tərəfli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər