İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısında iştirak edib
Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının rəsmi açılış mərasimi keçirilib.
Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının rəsmi açılış mərasimi keçirilib.
İnformator xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib. Sonra Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao çıxış edib.
Daha sonra Azərbaycanın qədim tarixi, əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi, son illərdə əldə etdiyi nailiyyətlər barədə təqdimat olub.
