00:00:00
Yazar
Güllər Gülhüseynova
18.09.2026 22:16 173 1 dəq oxuma
Siyasət

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələr yüksək səviyyədədir:

 

“Azərbaycanın Körfəz Ərəb ölkələri ilə strateji yanaşma siyasəti var və bu müstəvidə məhz Birləşmiş Ərəb Əmirlikləri xüsusi yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin də prezidenti Azərbaycanda olub, Azərbaycan Prezidenti də Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Yəni, qarşılıqlı siyasi əlaqələr yüksək səviyyədədir. İqtisadi münasibətləri, turizm və bunları artıq qarşılıqlı sistemə yönləndirmək istiqamətində də işlər həyata keçirirlər və Prezidentin köməkçisi Hüsnət Hacıyevin də Əmirliklərə səfəri ilə bağlı danışıqlar aparılır. Bu, onu göstərir ki, bu dövlət artıq yeni siyasi nizama uyğun olaraq müxtəlif sahələrdə də əməkdaşlığı genişləndirir. Azərbaycan artıq bir çox ölkələrlə ikitərəfli əlaqələrə üstünlük verir. Yəni, bu müstəvidə Birləşmiş Ərəb Əmirliklərinin də olması Azərbaycan üçün xüsusi önəm kəsb edir”.

 

Güllər Gülhüseynova

#xəbər #ərəb #baki #təhlükəsizlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər