00:00:00
Yazar
Admin User
04.02.2026 14:10 43 1 dəq oxuma
Siyasət

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

"İnformator.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər