00:00:00
Yazar
Admin User
07.09.2015 07:40 431 1 dəq oxuma
Siyasət

İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.
İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

İnformator xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.

Məlumat verilib ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz edilib.

Dövlətimizin başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış oldu, üçüncü dərəcəli gəmilərin keçidinə baxıb.

Sonra Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər