İlham Əliyevə deyin ki, bu il...
Prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırın.
"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.
“Biz həmişə deyirik: “Gələn il Yerusəlimdə (görüşərik - red.)”. Ona deyin ki, bu il Yerusəlimdə! Qoy gəlib bizi ziyarət etsin. O, çox səmimi və isti qarşılanacaq”, - Netanyahu bildirib.
