İlham Əliyev G-20 sammitində iştirak edəcək
“Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək.”
“Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək.”
İnformator xəbər verir ki, bu haqda Azərbaycanın Xarici İşlər nazirliyində keçirilən mətbuat konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Antalyada keçiriləcək sammitə Türkiyənin rəhbərlik etməsinin böyük şərəf olduğunu deyən nazir bununn sadəcə liderlərin bir araya gəlməsi ypx, nəticə əldə etməsi üçün keçiriləcəyini qeyd edib: “Türkiyə prezidenti G-20 ölkələrinə səfərlərə də başlayıb. Biz sammitə bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək.”
Elmar Məmmədyarov öz növbəsində dəvətə görə, təşəkkürünü bildirib.
