00:00:00
Yazar
Zəhra Həsənova
27.10.2026 22:30 51 2 dəq oxuma
Siyasət

İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, ikili standartlar yeni deyil. Ən çox bundan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır:

 

“Ümumiyyətlə, müstəqilliyimiz dövründə, eləcə də Rusiyanın işğalı altında olduğumuz vaxtlarda biz həmişə ikili standartlarla üz-üzə qalmışıq. Rusiya imperiyasının sonrakı dövrdə SSRİ adı altında davam edən hakimiyyəti zamanı da Azərbaycanın var-dövləti talan edilib. Əvəzində Moskvadan bizə qəpik-quruş göndərilib. Halbuki ölkəmizdən talanan var-dövlət hesabına bizə dəxli olmayan başqa ölkələr əl üstündə tutulub.
 

Müstəqillik dövründə də biz ikili standartlardan ciddi əziyyət çəkmişik. Xüsusilə, Ermənistanın torpaqlarımızı işğal etməsi və uzun illər ərzində işğal altında saxlaması ilə bağlı məsələlər beynəlxalq platformalarda müzakirə edilərkən görmüşük ki, Azərbaycana münasibət fərqli olub. Halbuki məntiq, qanun və beynəlxalq normalar bizim tərəfimizdə olub, lakin bizə qarşı çıxıblar”.

 

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın bu məsələni davamlı şəkildə beynəlxalq platformalarda gündəmə gətirməsi dünyanı yerindən tərpədə bilib:

 

“Dövlətimiz, Prezident İlham Əliyevin şəxsən özü, eləcə də Azərbaycanın ayrı-ayrı rəsmiləri müxtəlif beynəlxalq platformalarda ikili standartlar və ikiüzlülük haqqında həmişə danışıblar. Nəticə etibarilə, dünyanı idarə edən böyük güclərin üzünə həqiqətləri deyiblər. Bu da son nəticədə əzilən xalqların səsinin eşidilməsinə gətirib çıxarıb. Yəni Azərbaycan bu gün bir çox dünya xalqları üçün, xüsusilə də müstəmləkə zülmü altında inləyən xalqlar üçün ümid işığına çevrilib. İkili standartlar, əlbəttə ki, əzilən xalqların səbrinin tükənməsinə gətirib çıxara bilər. Azərbaycan dövləti də məhz buna görə bu məsələni beynəlxalq gündəmdə saxlamağa çalışır. İkili standartlarla idarə olunan dünya ədalətsiz dünyadır. Ədalətsizlikdən əziyyət çəkənlər də müəyyən bir yerə qədər dözə bilərlər. Lakin bəlli bir həddə çatdıqda artıq onların səbr kasası daşacaq və bu da dünya üçün fəlakətə çevriləcək”.

 

Selcan Xudiyeva

#siyasəti #yeni #xəbər #i̇lham #tam
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər