00:00:00
Yazar
Səadət Əlizadə
12.08.2026 18:36 19 1 dəq oxuma
Siyasət

İlham Əliyev Litva Baş naziri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

İlham Əliyev Litva Baş naziri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Litvanın Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Züriyə Qarayeva bildirib ki, Litvanın Azərbaycanın enerji resurslarına və enerji marşrutlarına marağı ilk növbədə ölkənin enerji mənbələrini şaxələndirmək və xarici enerji asılılığı ilə bağlı riskləri minimuma endirmək strategiyası ilə əlaqəlidir:


“Baltik regionu üçün enerji təhlükəsizliyi artıq yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Azərbaycan Avropa üçün etibarlı alternativ təchizatçı kimi əhəmiyyət qazanır. Xəzər hövzəsinin enerji ehtiyatlarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarılması, eyni zamanda Azərbaycanın gələcəkdə yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində həyata keçirdiyi layihələr Litvanın Bakı ilə enerji dialoqunu genişləndirməsində maraqlı olmasını şərtləndirir.

Azərbaycanın Avropaya qaz ixracını artırması fonunda Litva ilə münasibətlərə daha geniş geosiyasi kontekstdən yanaşmaq lazımdır. Litva Aİ və NATO üzvü olmaqla yanaşı, Avropada enerji diversifikasiyasının fəal tərəfdarlarından biridir və Bakı ilə Vilnüs arasında əməkdaşlığın genişlənməsi Azərbaycanın Baltik regionu və bütövlükdə Şimali Avropa ilə əlaqələrinin möhkəmlənməsinə xidmət edə bilər. Burada məsələ yalnız Litvaya birbaşa Azərbaycan qazının çatdırılması deyil; əsas əhəmiyyət Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasında rolunun genişlənməsidir. Enerji əməkdaşlığı siyasi və iqtisadi münasibətlərin də dərinləşməsi üçün əlavə platforma yaradır və Azərbaycanın Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığını daha geniş coğrafiyaya daşımaq imkanlarını artırır”.


Səadət Əlizadə

#müzakirə #xəbər #baş #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər