İlham Əliyev Münhendə Kohenlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunulub, əlaqələrin mövcud vəziyyəti müzakirə olunub.
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə "The Goldman Sachs Group Inc." arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "The Goldman Sachs Group Inc." şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb
