00:00:00
Yazar
Admin User
04.02.2026 17:24 102 2 dəq oxuma
Siyasət

İlham Əliyev Pezeşkiana zəng edib

İlham Əliyev Pezeşkiana zəng edib

Bu yaxınlarda Azərbaycan prezidenti ilə iranlı həmkarı arasında telefon danışıqları baş tutub və İlham Əliyev İran ətrafındakı gərginliyin həllinə töhfə verməyi təklif edib. Azərbaycan heç bir şəkildə İrana zərbələr endirmək üçün öz ərazisini və hava məkanını təmin etməyəcəyini bəyan edib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı və Bakının “öz ərazisini və hava məkanını İrana qarşı istifadə etdirməyəcək” bəyanatı regionda ilk növbədə balanslaşdırılan təhlükəsizlik mövqeyi kimi oxunur:

 

“ Bu mesaj həm Tehrana, həm də üçüncü tərəflərə ünvanlanıb. Azərbaycan regional eskalasiyanın bir hissəsi olmaq istəmir və öz suverenliyini böyük güclərin hərbi planlarının alətinə çevirməyəcəyini açıq şəkildə bəyan edir. Təhlükəsizlik baxımından bu mövqe qısa müddətdə riskləri azaldır, xüsusilə, İranın preventiv və ya simvolik cavab addımlarını neytrallaşdırır. Digər tərəfdən, bu açıq mövqe Azərbaycanın Qərb təhlükəsizlik arxitekturası ilə əməkdaşlığını yaxından izləyən aktorlar üçün Bakının “qırmızı xətlərini” daha dəqiq göstərir ki, bu da diplomatik manevr imkanlarını müəyyən mənada daralda bilər”.

 

Əlavə olaraq bildirilib ki, Rusiya baxımından isə bu telefon danışığı və Bakının mövqeyi ümumilikdə müsbət və rasional addım kimi qiymətləndirilə bilər:

 

“Moskva Cənubi Qafqazda yeni hərbi gərginlik ocaqlarının yaranmasında maraqlı deyil və İran ətrafında mümkün eskalasiyanın regiona daşınmasını risk hesab edir. Azərbaycanın açıq neytrallıq xətti Rusiyanın “regional sabitlik və nəzarət edilən balans” yanaşması ilə üst-üstə düşür. Eyni zamanda, Moskva üçün vacib məqam odur ki, Bakı bu mövqeni təkcə İranla münasibətlər kontekstində deyil, ümumən öz çoxvektorlu siyasətinin davamı kimi təqdim edir. Bu, Rusiyanın gözündə Azərbaycanı impulsiv deyil, hesablanan qərarlar verən regional aktor kimi möhkəmləndirir və Bakının vasitəçi rolunu potensial olaraq daha qəbulolunan edir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər