00:00:00
Yazar
Admin User
20.04.2015 11:48 430 1 dəq oxuma
Siyasət

İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib

İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Sergey Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirilib, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

AZƏRTAC

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər