00:00:00
Yazar
Güllər Gülhüseynova
16.09.2026 20:15 52 1 dəq oxuma
Siyasət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

 

Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyənin regional məsələlər üzrə müttəfiqliyinin olması, ümumiyyətlə, dövlətlərin bir-biri ilə sıx əməkdaşlıq və əlaqələrinin olması əhəmiyyətlidir:

 

“Həm bölgəmiz üçün, həm də narahat dünyamız üçün son dərəcə vacib istiqamətdir. Azərbaycanın təhlükəsizlik və təhlükəsizlik qarantiyası məsələsində Türkiyənin müstəsna rolu var. Türkiyənin inkişafında, tərəqqisində, əlbəttə, Azərbaycan önəmli bir yer alır. Yəni, bu dövlətlərin əməkdaşlığı həm dövlətlərin özləri üçün, həm də dövlətlərimizin gələcəyi üçün əhəmiyyətlidir”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Bu əməkdaşlığın Bakı-Ankara koordinasiyalı fəaliyyətinə, əlbəttə, Azərbaycan-NATO prosesinə də təsiri müsbətdir:

 

“NATO ilə bağlı Azərbaycanın dostluğu, əməkdaşlığı, həm də Türkiyə ilə əməkdaşlıq deməkdir və həm də NATO-nun Avro-Atlantik inteqrasiya xəttinə dəstək deməkdir. Azərbaycan-Türkiyə dostluğu, xarici siyasətin koordinasiyalı fəaliyyəti bölgədə, ümumiyyətlə, Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafı üçün son dərəcə önəmli bir faktordur”.

 

Güllər Gülhüseynova

#qəbul #azərbaycan #yeni #əliyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər