00:00:00
Yazar
Admin User
19.01.2015 08:46 396 1 dəq oxuma
Siyasət

İlham Əliyev Yaponiya nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev və Yaponiyanın xarici işlər nazirinin müavini iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan məsələləri müzakirə edib
İlham Əliyev Yaponiya nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd edib. Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlətimizin başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu deyib.

Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçi Yaponiyanın Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu deyib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər