İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi,siyasi və humanitar,texnoloji əməkdaşlığın genişləndirilməsində hər iki liderin qarşılıqlı səfərləri, dövlətlərarası münasibətlərə şəxsən nəzarət etməsi,bu münasibətlərin inkişaf etməsində mühüm rol oynayır:
“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişaf edəcəyini hər iki ölkə liderinin şəxsi münasibətlərinin müsbət olmasında, həm də hörmət və etimada söykənməsində görə bilərik. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin arasında qarşılıqlı inkişafında yeni xətt kimi biz neft sənayesi və hərbi inkişafı qeyd edə bilərik. Gələcəkdə bu istiqamətlərin inkişaf etdirilməsi ilə dövlətlərarası münasibətlərin genişlənməsinə şahid olacayıq”.
Selcan Xudiyeva
