00:00:00
Yazar
Admin User
24.10.2025 15:34 172 2 dəq oxuma
Sosial

İlk dəfə bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

İlk dəfə bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

2025-ci ildə ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsihəyata keçiriləcək.

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az” a açıqlamasında bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyət əlbəttə ki, diaqnostik qiymətləndirməyə cəlb olunmalıdır:

 

“Bilirsiniz ki, son 3-4 ildir məhz məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu qərar dövlət başçısının sərəncamı əsasında verilib. Ora qədər isə yerli icra hakimiyyətlərinin tabeliyində idi. Aidiyyatı olan və olmayan şəxslər məktəbəqədər təhsil pilləsinə müxtəlif üsullarla(tanışlıq, tapşırıq, korrupsiya və s.) qəbul olunurdular. Bu da onu deməyə əsas verirdi ki, prosesdə istiqamətlə bağlı yüksək bilik və bacarığı olmayan şəxslər iştirak edir. Ona görə də onların diaqnostik qiymətləndirilməsi aparılmalıdır. Bu qiymətləndirmə də daha çox kadr islahatının həyata keçirilməsi nəzərdə tutulur. 

 

 -Bəs qiymətləndirmə meyarları necə təşkil olunacaq?

 

“Qiymətləndirmə müvafiq orqan tərəfindən müsabiqə və müsahibə mərhələsindən ibarət olmaqla şəxslərin bilik və bacarıqları qiymətləndiriləcək. Nəticə də onlar obyektiv şəkildə qiymətləndirmə aparıldıqdan sonra müvafiq vakant yerləri üzrə yerləşdiriləcəklər. Məktəbəqədər müəssisələrdə rəhbərlik sistemində belə dəyişik olacaq ki, diaqnostika aparıldıqdan sonra daha çevik, bacarıqlı İKT bilikləri yüksək olan şəxslər prosesdə iştirak edəcəklər və onlar məhz bu təhsil pilləsində hansı ki, strateji təhsil pilləsidir, bu təhsil pilləsində müvafiq qərarların alınmasında, ümumi düzgün idarəetmələrdə iştirak edə biləcəklər”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər