İlon Mask: Həftənin 7 günü işləyirəm
Dünən baş tutan Tesla səhmdarlarının iclasında CNBC kanalına danışan İlon Mask maraqlı açıqlamalar verib.
İnformator.az xəbər verir ki, dünən Tesla-nın səhmdarlarının iclasında CNBC-yə danışan Tesla Motor-un CEO-su İlon Mask ildə cəmi 2-3 gün istirahət etdiyini və şənbə bazar günləri də işlədiyini söyləyib.
Mask fabrik işçilərinin işə gəlməli olduğu bir vaxtda uzaqdan fəaliyyəti müdafiə edə bilməyəcəyini deyib.
O, eyni zamanda açıqlamasında Teslanın iki yeni model hazırlamağı planlaşdırdığını bildirib. Bu məhsullardan biri ucuz qiymətə, digəri isə 25 min dollar qiymət aralığında satılacaq. Onun sözlərinə görə, bu iki avtomobildən biri dizayn, digəri isə istehsal mərhələsindədir.
