00:00:00
Yazar
Admin User
24.12.2025 14:19 102 1 dəq oxuma
Sosial

İmtahan saxtakarlıqları: dəyişməyən problem

İmtahan saxtakarlıqları: dəyişməyən problem

 

İmtahanlarda saxtakarlıq halları yeni deyil. DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, oxşar faktlar 1998 və 2004-cü illərdə də aşkarlanıb və cinayət işləri açılıb. Onun sözlərinə görə, bu halların təşkilatçıları əsasən təhsil işçiləri olub, son illərdə isə texniki vasitələrdən istifadə halları artıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti, jurnalist, pedaqoq Məzahir Məmmədli bildirib ki, DİM sosial şəbəkələr və yaxud da digər yollarla xəbərdarlıq etsə, abituriyent və onların valideynləri bu cür məsələlərdən çəkinər:


“1998,2004-cü ildə baş verənlərlə bağlı ancaq təhsil camiyəsində az-az adamların məlumatı olub. Hərçənd ki, hər iki halda məhkəmə baxışı keçirilib və uzun istintaq araşdırmaları aparılıb. Yaxşı olardı ki, bu problemlərin nəticəsinə bu kimi hallar baş verəndən sonra yox, baş verənə qədər baxılsın. O halların baş verməsinə qədərki ərəfədə diqqət qəbula və DİM-ə yönəlir. Həmin məsələlərlə bağlı vaxtaşırı xatırlatmalar olmalıdır. Təəssüflər olsun ki, biz bunu müşahidə etmirik. Ona görə də həm 1998, həm də 2004-cü il hadisələri bu ilki hadisədən sonra açıqlanması “sonradan atılan daş topuğa dəyər” misalı kimidir. Dövri mətbuatda bu mövzularla bağlı açıqlama verilsə, yaxşı olar. Bu hadisələrin yaratığı problemləri izah etsinlər. Əgər xatırlatmalar olsa, müəyyən qədər çəkinmələr olar. Nəticədə də belə vəziyyətlər yaranmaz”.

 


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər