00:00:00
Yazar
Admin User
04.02.2026 11:27 47 1 dəq oxuma
Sosial

İmtahanların əksəriyyəti elektronlaşdırılacaq

İmtahanların əksəriyyəti elektronlaşdırılacaq

“İctimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi hələ də davam edir”.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən tədbirdə deyib.

 

Sədr qeyd edib ki, layihəyə maraq yüksəkdir, belə ki, 2935 namizəd müraciət edib:

 

“Nəzarətçilər imtahanlarda bizim nümayədəmizdir. Biz onlarla birgə bu prosesi həyata keçiririk. Nəzarətçilərin bu işə cəlb olunması ilə əlaqəli sertifikasiyalar keçiririk. Sertifikatı olanlar iki dəfə imtahanlarda iştirak edirlər".

 

M.Abbaszadə bildirib ki, imtahanların əksəriyyəti elektronlaşdırılacaq.


"Nəzarətçilər də bu prosesə hazır olmalıdırlar".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər